Sabah Bakıda sökülərək yenidən tikilən məktəbin açılışı keçiriləcək

Sabah Bakıda sökülərək yenidən tikilən məktəbin açılışı keçiriləcək Sabah, sentyabrın 20-də Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin sökülərək yenidən tikilən binasının açılışı keçiriləcək.
Elm və təhsil
19 Sentyabr , 2022 16:59
Sabah Bakıda sökülərək yenidən tikilən məktəbin açılışı keçiriləcək

Sabah, sentyabrın 20-də Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəb kompleksinin sökülərək yenidən tikilən binasının açılışı keçiriləcək.

"Report"un xəbərinə görə, yeni tədris ilində pedaqoji heyətin və şagirdlərin ixtiyarına verilmiş məktəb binasının açılışında rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, məktəbin əvvəlki binası 1981-ci ildən istifadə edilirdi.

Son xəbərlər

Orphus sistemi