Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.
Məlum olduğu kimi, 2001-ci ilin həmin günündən etibarən ölkədə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu tarix ümummilli lider
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.
Hər bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin hərtərəfli inkişafı, onun yalnız kağız üzərində deyil, sözün həqiqi mənasında gündəlik həyatda, praktikada rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, nüfuz qazanaraq dünyanın mötəbər kürsülərindən eşidilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
XVI əsrdə Azərbaycan Səfəvilər hakimiyyəti dövründə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü ola bilmədi. Sonralar sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi elan edən maddə daxil olundu. Amma bu dəfə də bu nəcib iş siyasi müdrikliklə həyata keçirilməməsi səbəbindən müvəffəqiyyətsizliyə uğradı. Yalnız ulu öndər Heydər Əliyevin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, 1978-ci ildə qəbul olunan Azərbaycan sovet Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili olduğunu təsbit edən maddə daxil edildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha geniş işlənməsi və nüfuzunun artması üçün real üfüqlər açıldı. Lakin çox təəssüf ki, AXC hakimiyyəti dövründə o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi, xalqın iradəsinə zidd olan populist fəaliyyəti nəticəsində dilimizin adı dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtması bu tarixi ədalətsizliyə də son qoydu. Müstəqil Azərbaycan respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycanda dövlət dilinin Azərbaycan dili adlandırılması müddəasına tərəfdar olduğunu bildirdi.
Sonralar dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Heç də təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident
Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", "Azərbaycan
Ulu öndər Heydər Əliyev tövsiyə edirdi: "Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir".