​Rusiyalı tələbələr BSU-da Azərbaycan dilini öyrənəcəklər

​Rusiyalı tələbələr BSU-da Azərbaycan dilini öyrənəcəklər Tələbələr iyunun 25-dək davam edən yay məktəbində iştirak edəcəklər
Elm və təhsil
14 İyun , 2016 11:16
​Rusiyalı tələbələr BSU-da Azərbaycan dilini öyrənəcəklər

Bakı. 14 iyun. REPORT.AZ/ Rusiya Dövlət Humanitar Universitetinin Beynəlxalq münasibətlər və xarici regionşünaslıq fakültəsinin bir qrup tələbəsi Bakı Slavyan Universitetinin (BSU) yay məktəbində staj keçmək üçün Bakıya gəlib.

Bu barədə “Report”a BSU-nun mətbuat xidmətindən bildirilib.

İyunun 11-dən 25-ə qədər keçiləcək yay məktəbi üçün nəzərdə tutulan proqrama əsasən rusiyalı tələbələrə praktik Azərbaycan dili dərsləri keçiriləcək. Bununla yanaşı, BSU-nun aparıcı professor və dosentləri tərəfindən “Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində”. “Azərbaycanda dini tolerantlıq”, “Azərbaycanın ictimai fikir tarixi”, “Azərbaycan multikulturalizmi”, “Azərbaycan mədəniyyəti” mövzularında mühazirələr oxunacaq.

Proqramda gənclərin Bakının tarixi və mədəni yerləri ilə tanışılığı da nəzərdə tutulub.