Rumıniya XİN Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

Rumıniya XİN Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib Rumıniya Xarici İşlər Nazirliyi 2020-2021-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.
Elm və təhsil
30 Dekabr , 2019 12:57
Rumıniya XİN Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

Rumıniya Xarici İşlər Nazirliyi 2020-2021-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, tədris rumın dilindədir.

Tələb olunan sənədlərin siyahısı keçiddən əldə edilə bilər.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 7 fevral 2020-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi