Rezidenturaya ixtisas seçimi başa çatır

Rezidenturaya ixtisas seçimi başa çatır Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır.
Elm və təhsil
3031
25 Sentyabr , 2020 09:55
Rezidenturaya ixtisas seçimi başa çatır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır.

Dövlət İmtahan Məərkəzindən "Report"a verilən məlumat görə, ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Namizədlər müsabiqədə iştirak etmək üçün  25 sentyabr saat 23:59-dək  eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

25 sentyabr saat 09:45-ə olan məlumata əsasən 368 nəfər (Azərbaycan bölməsi - 342; rus bölməsi – 26) ərizəsini təsdiq edib.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilmişdir.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
Jurnalın elektron versiyasını isə (pdf formatında) günün ikinci yarısından etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Son xəbərlər

Orphus sistemi