Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək Bakı. 1 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçirəcək.
Elm və təhsil
1 Fevral , 2018 09:39
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Report

Bakı. 1 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçirəcək.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 2-si saat 09:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı fevralın 2-də DİM-in Nəsimi rayonu, A.Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

*Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. 

Son xəbərlər

Orphus sistemi