Bakı. 5 iyul. REPORT.AZ/ Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi iyulun 8-də keçiriləcək.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Buraxılış vərəqəsini çap etmək üçün
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.