Rezidentura səviyyəsinə qəbul başlayır

Rezidentura səviyyəsinə qəbul başlayır Sənəd qəbulu martın 10-dan 17-dək davam edəcək
Elm və təhsil
141
9 Mart , 2017 22:25
Rezidentura səviyyəsinə qəbul başlayır

Bakı. 9 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.

"Report"un məlumatına görə, qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci sayında təqdim ediləcək.

Sabah 2 saylı "Rezidentura" jurnalı nəşr olunacaq. Jurnalda tələb olunan sənədlər və digər bütün zəruri məlumatlar təqdim olunacaq. Həmçinin, DİM-in internet saytında ətraflı məlumat veriləcək.