Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib Dövlət İmtahan Mərkəzi müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.
Elm və təhsil
18 Oktyabr , 2021 11:01
Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib

Dövlət İmtahan Mərkəzi müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.

Mərkəzdən "Report"a bildirilib ki, rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.

Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuşdur) yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Aşağıda boş qalan plan yerləri təqdim olunur.

2021/2022-ci tәdris ili üçün rezidenturanin boş qalan yerlәrinə qəbul aparilan ixtisaslar:

Azərbaycan Tibb Universiteti

311269

Daxili xəstəliklər

1

311382

Fizioterapiya və tibbi bərpa

1

311658

Gigiyena

1

311666

Epidemiologiya

1

*311593

Sosial gigiyena və səhiyyənin təşkili

1

Ə.Əliyev adına Azərbaycan DövlətHəkimləri Təkmilləşdirmə İnstitutu

313326

Narkologiya

2

313423

Gigiyena

1

Naxçıvan Dövlət Universiteti

361116

Anesteziologiya- reanimatologiya

2

361124

Ümumi cərrahiyyə

2

361173

Psixiatriya

1

361246

Hematologiya

1

361287

Ftiziatriya

1

361368

Neonatologiya

1

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2021, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 oktyabr 2021-ci il saat 11:00-dən 19 oktyabr 2021-ci il saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

QEYD 1. * - işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2021, səh.6-7) müvafiq olaraq aparılır.

QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Son xəbərlər

Orphus sistemi