​Respublika fənn olimpiadalarının qaydaları dəyişdirilib

​Respublika fənn olimpiadalarının qaydaları dəyişdirilib Ceyhun Bayramov: "Yarımfinal mərhələsinin mart, final mərhələsinin isə aprel ayında keçirilməsi nəzərdə tutulur"
Elm və təhsil
15 Yanvar , 2015 18:35
​Respublika fənn olimpiadalarının qaydaları dəyişdirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda builki tədris ilindən respublika fənn olimpiadaları yeni qaydalar əsasında həyata keçirilir. "Report"in xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib.

O bildirib ki, fənn olimpiadasının I turu bir neçə gün əvvəl başa çatıb: "Olimpiadada 8 fənn üzrə 22 min şagird iştirak edib. Respublika fənn olimpiadasının yarımfinal mərhələsinin mart ayında, final mərhələsinin isə aprel ayında keçirilməsi nəzərdə tutulur. Hər bir fənn üzrə final mərhələsində 60 şagirdin iştirakı nəzərdə tutulur. Hesab edirəm ki, üç ay bizə həm yüksək nəticələr əldə etmək, həm də rəqabət baxımından kifayət edəcək".

Son xəbərlər

Orphus sistemi