Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib Olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb
Elm və təhsil
216
15 Yanvar , 2017 14:54
Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

"Report" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib. Bakı şəhərində isə 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.

Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcəkdir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.