Rektor pedaqoji təcrübə zamanı yaranan problemləri açıqlayıb

Rektor pedaqoji təcrübə zamanı yaranan problemləri açıqlayıb Bakıdakı məktəblərdə ixtisaslar üzrə nə qədər tələbənin təcrübə keçə biləcəyinə limit qoyulmalıdır.
Elm və təhsil
106
11 Sentyabr , 2019 13:56
Rektor pedaqoji təcrübə zamanı yaranan problemləri açıqlayıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov / Report / Firi Salim

"Bakıdakı məktəblərdə ixtisaslar üzrə nə qədər tələbənin təcrübə keçə biləcəyinə limit qoyulmalıdır". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pedaqoji təcrübə zamanı bəzi problemlər ortaya çıxır: "2014-cü ildə təsdiq edilmiş ali təhsil ixtisaslarının dövlət standartına və tədris planlarına görə, Bakıdakı bütün ali məktəblərin pedaqoji ixtisaslarına təcrübələr eyni vaxtda başlayır və bir neçə min tələbə Bakının məktəblərinə, xüsusilə də şəhərin mərkəzində orta məktəbə gedir və ciddi sıxlıq yaranır. İkincisi, məktəblərin mövcud infrastrukturu və kadr potensialı nəzərə alınmadan normadan artıq yüklənmə nəticəsində pedaqoji təcrübənin keyfiyyəti aşağı düşür".

Rektor bildirib ki, bəzən tələbələr pedaqoji təcrübə zamanı yalnız bir sinifdə sınaq dərslərini keçirlər: "Tələbələr sınaq dərslərini müxtəlif yaş qruplarındakı siniflərdə keçmək imkanına malik olsunlar. Tələbələrin sınaq dərslərində ixtisas müəllimləri ilə yanaşı, məktəb rəhbərliyin də iştirak etməsi, təcrübə nəticələrinin məktəbin pedaqoji şurasında müzakirə olunması, tələbələrin yalnız sınaq dərsləri ilə deyil, məktəbin bütün idarəolunması işində fəal iştirak etməsinə rəvac verilməsi təklif olunur. Bakı məktəblərinin pedaqoji təcrübə imkanları nəzərdən keçirməklə hansı məktəbdə hansı ixtisas üzrə nə qədər tələbənin təcrübə keçə biləcəyinin limitləşdirilməsini istərdik. Çünki burada laqeydlik tələbənin sonrakı karyera seçiminə həm mənfi, həm də müsbət təsir edə bilər".

Son xəbərlər

Orphus sistemi