"Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) aparılan dəyişiklikləri hamı birmənalı qarşılamır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var".
"Report" xəbər verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib.
O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: "Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq".
Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır: "Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki,