Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq konfrans keçiriləcək

Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq konfrans keçiriləcək Konfransda soyqırımlar haqqında məruzələr dinləniləcək
Elm və təhsil
30 Mart , 2015 12:23
Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı. 30 mart. REPORT.AZ/ Qubada türk-müsəlman əhalisinə qarşı soyqırımı mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə "Report"a AMEA-dan məlumat verilib. 

Belə ki, aprelin 8-dən 12-dək Qubada AMEA Rəyasət Heyəti və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" və "Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı" bölmələri üzrə məruzələr dinləniləcək.