Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Elm və təhsil
13 Oktyabr , 2023 08:40
Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, tədbir rayonun Qəçrəş kənd tam orta məktəbində keçirilib.

Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra isə vətən müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev, şöbə rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov, eləcə də məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilmə, polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi mövzusunda məktəblilərlə söhbətlər aparılıb. Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.

Mehman Əliyev ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi