​Qubada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilib

​Qubada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilib Gəncləri radikal dini qruplardan qorumaq məqsədi ilə bu formatlı görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb
Elm və təhsil
20 Yanvar , 2016 16:38
​Qubada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Quba rayonundakı 2 saylı liseydə “Multikulturalizm və vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə “Report”a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Quba rayon İcra Hakimiyyətinin təhsil şöbəsinin müdiri Loğman Müslümov, rayon ictimaiyyətinin nümayəndələri, adışəkilən liseyin rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.

Tədbirdə çıxış edən təhsil şöbəsinin müdir müavini Pərviz Nurməmmədov Qubanın etnik tərkib baxımından Azərbaycanın zəngin bölgələrindən biri olduğunu vurğulayıb, bu cür tədbirlərin gənclərin və rayon ictimaiyyətinin maariflənməsi üçün böyük önəm kəsb etdiyini qeyd edib.

2 saylı liseyin direktoru Eynulla Camalov gəncləri radikal dini qruplardan qorumaq məqsədi ilə bu formatlı görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.