Təhsil naziri: "Türkiyə ilə təhsil sahəsindəki əməkdaşlıq daha da sürətlənəcək"

Təhsil naziri: "Türkiyə ilə təhsil sahəsindəki əməkdaşlıq daha da sürətlənəcək" Nazir bu səylərin iki ölkənin qardaşlığının dərinləşməsinə töhfə verəcəyini əlavə edib
Elm və təhsil
281
22 Fevral , 2021 17:38
Təhsil naziri: Türkiyə ilə təhsil sahəsindəki əməkdaşlıq daha da sürətlənəcək

"Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilən qələbədən sonra Türkiyə ilə təhsil və digər sahələrdə yeni iş birliyi daha da sürətlənəcək".

“Report” xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Ziya Səlçukla görüşündə deyib.

Türkiyədə 23 min azərbaycanlı tələbənin təhsil aldığını xatırladan nazir qeyd edib ki, bu nöqteyi-nəzərdən xaricdə təhsil baxımından ən çox tələbə sayı Türkiyədədir.

Fevralın 19-da imzalanan protokol sənədindən gözləntilərinin böyük olduğunu deyən nazir bunun Azərbaycan tələbələrinin əmək bazarına qatılmaq üçün böyük üstünlüyü olacaq: "İnanırıq ki, imzalanan sənəd peşə təhsili və infrastrukturun daha düzgün qurulmasına xidmət edəcək”.

Ümumi təhsil sahəsində də Türkiyə ilə sıx əməkdaşlıq edilməsi ilə əlaqəli Ziya Selçukla müzakirə edildiyini bildirən E.Əmrullayev bu səylərin həm Azərbaycanda, həm də Türkiyədə tələbələrin daha yaxşı təhsil almasına öz töhfəsini verəcəyini vurğulayıb.

Türkiyədəki azərbaycanlılara göstərilən qonaqpərvərlik üçün təşəkkür edən nazir bu səylərin tələbələrin təhsilinə və iki ölkənin qardaşlığının dərinləşməsinə töhfə verəcəyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi