Qəbul imtahanlarının II mərhələsində iştirak üçün qeydiyyat tarixi dəyişib
Elm və təhsil
- 01 iyun, 2023
- 06:15
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi iyunun 5-dən 20-dək aparılacaq.
"Report" xəbər verir ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 №-li Qərarına uyğun olaraq 26 iyun-2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.
Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.
Son xəbərlər
03:07
Ukraynanın iki vilayəti Rusiyanın zərbəsindən sonra tam elektriksiz qalıb
Digər ölkələr02:48
ABŞ 66 beynəlxalq təşkilatdan çıxıb
Digər ölkələr02:21
Video
Minneapolisdə ICE agenti qadını öldürməsindən sonra etirazlar başlayıb
Digər ölkələr01:48
Tramp: ABŞ-nin müdafiə sənayesi müəssisələri silahı çox ləng istehsal edir
Digər ölkələr01:19
Azərbaycan klubu Çelenc Kubokunda mübarizəni dayandırıb
Komanda01:16
"Barselona" "Atletik"i məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb
Futbol01:07
Video
Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü
Daxili siyasət00:58
Ağ Ev: Tramp komandası ilə Qrenlandiyanın satın alınmasını müzakirə edir
Digər ölkələr00:30