"Report" xəbər verir ki, Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydy qonaqları salamlayıb, mərkəzin fəaliyyəti barədə məlumat verib, tələbələrin təkliflərini dinləyib.
Daha sonra Misir haqda film nümayiş olunub. Tələbələr Misir Mədəniyyət Mərkəzində təşkil edilən Qədim Misir sivilizasiyasını, tarixini özündə əks etdirən sərgini böyük maraqla izləyib, mərkəzdə keçirilən ərəb dili kursları ilə maraqlanıb və Misir Mədəniyyət Mərkəzinin kitabxanası ilə tanış olublar.