Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahanın tarixi açıqlanıb

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahanın tarixi açıqlanıb “Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahanın dekabrın 20-30-u aralığında keçirilməsi planlaşdırılır”.
Elm və təhsil
118
5 Dekabr , 2019 16:50
Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahanın tarixi açıqlanıb

“Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahanın dekabrın 20-30-u aralığında keçirilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O qeyd edib ki, imtahan ancaq paytaxt Bakıda keçiriləcək:

“Psixoloq namizədlərinin kontingentinin çox olmadığını nəzərə alaraq, digər diaqnostik qiymətləndirmə imtahanları kimi rayonları əhatə etməyəcək. İmtahanın keçiriləcəyi məkana gəlincə, hazırda bununla bağlı danışıqlar aparılır. Güman edirəm ki, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Gənclik filialında olacaq. Hazırda namizədlərin elektron ərizələri yoxlanılır. Prosesin bu ayın ortalarına kimi yekunlaşması nəzərdə tutulur. Ona görə də imtahanın dekabr ayının 20-30-u aralığında keçirilməsi planlaşdırılır”.

Nazirlik rəsmisi vurğulayıb ki, hazırda imtahanda istifadə olunacaq sualların hazırlanması prosesi aparılır:

“Sırf ixtisas sualları olacaq. Psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək”.

Son xəbərlər

Orphus sistemi