Prezident dövlət peşə təhsil müəssisələrində oxuyanlara təqaüdün verilməsinə dair qanunu təsdiqləyib

Prezident dövlət peşə təhsil müəssisələrində oxuyanlara təqaüdün verilməsinə dair qanunu təsdiqləyib Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Elm və təhsil
24 May , 2022 15:26
Prezident dövlət peşə təhsil müəssisələrində oxuyanlara təqaüdün verilməsinə dair qanunu təsdiqləyib

Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

"Report"un xəbərinə görə, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".

Son xəbərlər

Orphus sistemi