Polşa Hökuməti 2015-2016-cı tədris ili üzrə Gənc Alimlər üçün Təqaüd Proqramı elan edib

Polşa Hökuməti 2015-2016-cı tədris ili üzrə Gənc Alimlər üçün Təqaüd Proqramı elan edib Maraqlananlar sənədlərini 2015-ci il martın 1-dək Polşa Respublikasının Bakıdakı səfirliyinə təqdim etməlidirlər
Elm və təhsil
104
4 Dekabr , 2014 11:46
Polşa Hökuməti 2015-2016-cı tədris ili üzrə Gənc Alimlər üçün Təqaüd Proqramı elan edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Polşa Hökuməti 2015-2016-cı tədris ili üzrə Gənc Alimlər üçün Təqaüd Proqramı elan edib. Bu barədə "Report"a Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Proqramda maksimum 35 yaşı olan ali təhsilli namizədlər iştirak edə bilərlər. Proqram çərçivəsində polyak dilini bilən və əsasən humanitar istiqamətlərdə təhsil almış namizədlərə üstünlük veriləcək.

Maraqlananlar sənədlərini 2015-ci il martın 1-dək Polşa Respublikasının Bakıdakı səfirliyinə təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi