Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşdirilib - QƏRAR

Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşdirilib - QƏRAR Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb
Elm və təhsil
107
12 Avqust , 2016 16:56
Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşdirilib - QƏRAR

Bakı. 12 avqust. REPORT.AZ/ Nazirlər Kabineti Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Dövlət Agentliyi Aparatının işçilərinin say həddi 42 vahid müəyyən olunub.

Sənədlə Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmələri tapşırılıb.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.