“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib

“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib Prezident İlham Əliyev “Peşə təhsili haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Elm və təhsil
244
29 Noyabr , 2021 16:23
“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib

Prezident İlham Əliyev “Peşə təhsili haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

"Report" xəbər verir ki, qanuna aşağıdakı dəyişikliklər edilib.

1. 9.6.4-cü maddədə “təhsili almaq hüququ verilir.” sözləri “təhsili;” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 9.6.5-ci, 9.12-ci və 14.4-1-ci maddələr əlavə edilsin:

“9.6.5. yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.”;

“9.12. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”;

“14.4-1. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır”.

Son xəbərlər

Orphus sistemi