Peşə məktəblərində müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Peşə məktəblərində müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb Bu gündən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənəd qəbulu başlayıb.
Elm və təhsil
1456
13 Sentyabr , 2019 10:56
Peşə məktəblərində müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Bu gündən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənəd qəbulu başlayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Report"a bildirilib ki, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayan, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi (diplom) alan şəxslər müraciət edə bilərlər.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.

Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) sentyabr ayının 20-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi