“Özbəkkosmos”un nümayəndə heyəti Bakıya gələcək

“Özbəkkosmos”un nümayəndə heyəti Bakıya gələcək "Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin “Özbekkosmos” nümayəndə heyəti oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək".
Elm və təhsil
15 Sentyabr , 2023 15:49
“Özbəkkosmos”un nümayəndə heyəti Bakıya gələcək

"Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin “Özbəkkosmos” nümayəndə heyəti oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək".

Bunu "Report"a açıqlamasında "Özbəkkosmos"un Aerokosmik fəaliyyətin inkişafı və kosmik monitorinq sistemlərinin inkişafı departamentinin rəhbəri Muxiddin İbrahimov deyib.

Onun sözlərinə görə, agentliyin direktoru Şuxrat Kadirovun başçılıq etdiyi 15 nəfərdən ibarət nümayəndə heyətinə həmçinin Özbəkistan Kosmos Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Monitorinq və Geoinformasiya Texnologiyaları Mərkəzinin nümayəndələri də daxil olacaqlar.

Agentliyin baş mütəxəssisi B.Mirzəyev Kosmik Nəsil Konqresi çərçivəsində keçiriləcək "Emerging Space Agency Panel"ə həsr olunmuş panel sessiyasında iştirak edəcək:

“Agentliyin qarşıdan gələn konqresdə iştirakının əsas məqsədi beynəlxalq kosmik ictimaiyyətlə əməkdaşlığı genişləndirmək, Özbəkistanın kosmik sənayesinin inkişafı ilə bağlı fəaliyyəti və planlarını təqdim etmək, qlobal kosmik birliyə inteqrasiya, eləcə də investisiya cəlbediciliyini artırmaq və aparıcı kosmik şirkətlərlə danışıqlar aparmaqdır. Bundan əlavə, konqres tədbirlərində iştirak iqtisadiyyatın müxtəlif sahələrində kosmik monitorinq, eləcə də süni peyklərin toplanması və orbitə buraxılması sahəsində praktiki təcrübənin öyrənilməsi üçün unikal imkan yaradacaq”.

O, Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Özbəkistan Kosmos Agentliyinin Beynəlxalq Astronavtika Federasiyasına daxil olması məsələsinə baxılacağını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi