Ötən il 304 dövlət qulluqçusu işdən çıxarılıb, 887 nəfərə töhmət verilib

Ötən il 304 dövlət qulluqçusu işdən çıxarılıb, 887 nəfərə töhmət verilib Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 1 245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib
Elm və təhsil
3 İyun , 2021 09:49
Ötən il 304 dövlət qulluqçusu işdən çıxarılıb, 887 nəfərə töhmət verilib
0 : 00
0 : 00

Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 1 245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

“Report” xəbər verir ki, həmin intizam tənbeh tədbirlərindən 1 044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 1 245 intizam tənbeh tədbirindən 887-si töhmət, 304-ü dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azadılması, 11-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 4-ü həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.

Son xəbərlər

Orphus sistemi