Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə daxil olan müraciətlərin sayı açıqlanıb Bakı. 2 aprel. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Elm və təhsil
2 Aprel , 2018 13:58
Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 2 aprel. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 8 894 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 6 552 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 342 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 899 sənəd (523 məktub, 325 ərizə, 51 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul, tələbələrin yerli ali və orta ixtisas təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin işə qəbulu ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (1 791 müraciət) və çərşənbə axşamı (1 337 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (652 müraciət) və bazar ertəsi (483 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Son xəbərlər

Orphus sistemi