Ötən ay Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən ay Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb Vətəndaşların Qəbulu Mərkəzində bir ay ərzində 3972 vətəndaşa xidmət göstərilib
Elm və təhsil
4 İyul , 2016 10:03
Ötən ay Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 4 iyul. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən “Report”a verilən xəbərə görə, qeyd olunan müddət ərzində 16 655 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12683 zəng daxil olub. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 dəfə, 2014-cü il ilə müqayisədə 1,8 dəfə, 2015-ci il ilə müqayisədə 1,7 dəfə çoxdur.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3972 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlər əsasən sorğu xarakterli olub və əksəriyyəti dərhal cavablandırılıb, operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1168 sənəd (519 məktub, 476 ərizə, 173 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (2954 zəng) və çərşənbə axşamı (2769 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (957 müraciət), çərşənbə axşamı (792 müraciət) və cümə (791 müraciət) günləri, əsasən, saat 10:00-dan 15:00-dək müraciət edilib.

Son xəbərlər

Orphus sistemi