Azərbaycanın orta məktəblərində işləyən qadın direktor və müavinlərinin sayı açıqlanıb

Azərbaycanın orta məktəblərində işləyən qadın direktor və müavinlərinin sayı açıqlanıb Ümumiyyətlə, direktor və müavinlərin 44,1 faizi qadınlardır
Elm və təhsil
23 Avqust , 2016 20:51
Azərbaycanın orta məktəblərində işləyən qadın direktor və müavinlərinin sayı açıqlanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanın əyani ümumi təhsil müəssisələrində ötən il qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili müqayisədə 31,9 faizdən 32,1 faizə qədər artıb.

Ötən il əyani ümumi təhsil müəssisələrində direktor qadınlar 20,7, tam orta təhsil müəssisələrində 32,1 faiz olub. Direktor müavinlərinin ümumi orta təhsil müəssisələrində 38, 8, tam orta təhsil müəssisələrində isə, 52,5 faizini qadınlar təşkil edib.

Ümumillikdə direktor və onların müavinlərinin 44,1 fazi qadınlardır. Direktor və onların müavinlərinin 5047-si qadın, 6401 nəfəri kişilərdir.