Olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib

Olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib.
Elm və təhsil
10 Fevral , 2018 14:47
Olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib
Edu.gov.az

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib.

"Report"un xəbərinə görə, mediaturda bildirilib ki, 2015-ci ildə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya - biologiya təmayüllü Respublika liseyləri və eləcədə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Mərkəzlərdə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə dərslər keçilir. Aşağı və yuxarı yaş qrupu olmaqla iki fərqli qruplarda aparılan hazırlıq dərsləri əsasən, şənbə və bazar günləri və ya həftə içi dərsdən sonra təşkil edilir.

Aşağı sinif şagirdləri arasında keçirilən məktəblilərarası fənn müsabiqələrinin nəticələrinə əsasən, hər fəndən 20-30 şagird seçilərək aşağı yaş qrupları müəyyən edilir. Paytaxt məktəbliləri öz məktəblərində dərslərinə davam etməklə, həftədə bir neçə dəfə həmin mərkəzlərdə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Bölgə məktəblilərinin həftə ərzində olimpiadaya hazırlıq proqramlarında iştirakının təmin edilməsi məqsədi ilə onlar sözügedən təhsil müəssisələrində yerləşdirilirlər. Burada şagirdlər dövlət hesabına isti yemək və yataqxana ilə təmin olunurlar.

Şagirdlərin olimpiadaya hazırlıq işlərinin keyfiyyətli və nəticəyönümlü olması üçün Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Azərbaycan Mili Elmlər Akademiyasının ayrı-ayrı institutları ilə sıx əməkdaşlıq edilməkdədir.

Olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərin nəzəri biliklərlə yanaşı praktiki bilik və bacarıqları artırılır. Bu məqsədlə onlar ölkə daxilində və ya xaricdə müvafiq laboratoriyalarda hazırlıq proseslərinə cəlb olunurlar. Hazırda hər fəndən iki fərqli qrup olmaqla 300-dən çox şagird həmin mərkəzlərdə məşğələlərə qatılırlar.

Son xəbərlər

Orphus sistemi