Nurlan İsmayılbəyli: “Uğur qazandıqdan sonra müəllim olmaqdan imtina edənlərin sayı elə də çox deyil”

Nurlan İsmayılbəyli: “Uğur qazandıqdan sonra müəllim olmaqdan imtina edənlərin sayı elə də çox deyil” “Uğur qazandıqdan sonra müəllim olmaqdan imtina edənlərin sayı elə də çox deyil. Müsabiqədə bal toplamasına baxmayaraq həmin tədris ilində növbəti vakant yeri təyinatına imkan yaratmayacaq”.
Elm və təhsil
10 İyul , 2023 15:49
Nurlan İsmayılbəyli: “Uğur qazandıqdan sonra müəllim olmaqdan imtina edənlərin sayı elə də çox deyil”
Nurlan İsmayılbəyli

“Uğur qazandıqdan sonra müəllim olmaqdan imtina edənlərin sayı elə də çox deyil. Müəllimin imtinası onun müsabiqədə bal toplamasına baxmayaraq, həmin tədris ilində növbəti vakant yeri təyinatına imkan yaratmayacaq”.

“Report” xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, bir namizəd təyinatdan imtina edirsə, o, artıq həmin tədris ilində ona təklif olunacaq növbəti vakansiyadan da imtina etmiş olacaq:

“Bu, elə də kütləvi deyil.

İmtina səbəbləri də müxtəlifdir. Bəzən bu barədə məlumatsız olduqlarını deyirlər. Seçdikləri məktəblərin harada yerləşdiyini bilmədikləri bəhanəsini də eşidirik. Builki MİQ üzrə keçid balı ilə bağlı indidən nəsə demək çətindir”.

Son xəbərlər

Orphus sistemi