Növbəti tədris ilindən məktəbəhazırlıq qruplarına qəbulda da mikroərazi prinsipi tətbiq olunacaq

Növbəti tədris ilindən məktəbəhazırlıq qruplarına qəbulda da mikroərazi prinsipi tətbiq olunacaq Bakı məktəblərinin 17 %-də mikroərazi prinsipi ilə bağlı problem yaşanır
Elm və təhsil
205
14 Aprel , 2017 12:14
Növbəti tədris ilindən məktəbəhazırlıq qruplarına qəbulda da mikroərazi prinsipi tətbiq olunacaq
Report.az

Bakı. 14 aprel. REPORT.AZ/ "Növbəti tədris ilindən məktəbəhazırlıq qruplarına qəbulda da mikroərazi prinsipi əsas amil kimi nəzərə alınacaq". “Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu gün hələ də ikinövbəli məktəblər qalır: "Həmin məktəblərdə belə qrupların təşkili mümkün olmayacaq. Bunun üçün məktəbin həm maddi-texniki bazası, həm də kadr potensialı olmalıdır. Bu il 65 % uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunacağını nəzərə alaraq imkanlarımız daha da genişlənəcək və bundan səmərəli şəkildə istifadə etməyə çalışacağıq".

İdarə müdiri xatırladıb ki, bu ildən Bakı məktəblərinə I sinfə şagirdlərin qəbulu zamanı mikroərazi prinsipi əsas götürülüb: "Əminəm ki, bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq. Yaşadığı ərazidən asılı olmayaraq, uşaqların hər biri tədrisə cəlb olunacaq. Məktəbə qəbul zamanı ilk növbədə Bakıda daimi qeydiyyatda olan sakinlərin övladları nəzərə alınır. Elə məktəblər var ki, orada yerli sakinlərlə yanaşı, müvəqqəti yaşayanların uşaqlarını məktəbə qəbul etməkdə heç bir çətinlik çəkmir. Bakı məktəblərinin 83%-də ərazi ilə bağlı heç bir problem yoxdur".

O qeyd edib ki, yalnız ərazi sıxlığı olan məktəblərdə mikroərazi prinsipi ilə bağlı problem yaşanır: "Şagird sıxlığı daha çox Binə qəsəbəsində, kənd Binəqədi ərazisində, Sulutəpədəki bəzi məktəblərdə müşahidə edilir. Şagird sıxlıqları olan ərazinin infrastrukturunu təhlil edirik və əlavə tədris korpuslarının tikilməsi və yaxud ərazidə yeni məktəb tikintisi ilə bağlı mütəmadi olaraq Təhsil Nazirliyinə müraciət olunur".

Son xəbərlər

Orphus sistemi