“Nobel” mükafatçısı alim vəfat edib

“Nobel” mükafatçısı alim vəfat edib Niderlandlı kimyaçı Paul Kruttsen 87 yaşında dünyasını dəyişib.
Elm və təhsil
29 Yanvar , 2021 12:18
“Nobel” mükafatçısı alim vəfat edib
Paul Kruttsen

Niderlandlı kimyaçı alim Paul Kruttsen 87 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Maks Plank Elmi Araşdırma Cəmiyyəti məlumat yayıb.

Alim uzun müddətdir davam edən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, P.Kruttsen atmosferdəki ozon dəliklərinin araşdırılması ilə məşğul olub. O, azot oksidlərinin Yer kürəsini günəşin ultrabənövşəyi radiasiyasından qoruyan stratosfer ozon qatını məhv etdiyini müəyyənləşdirib. 1995-ci ildə bu kəşfinə görə P.Kruttsen Mario Molina və Roulend Şervud ilə birgə Kimya üzrə “Nobel” mükafatını alıb.

Son xəbərlər

Orphus sistemi