Nizami Cəfərov: "Dili mütəmadi olaraq redaktə etmək lazımdır"

Nizami Cəfərov: "Dili mütəmadi olaraq redaktə etmək lazımdır" Bakı. 20 fevral. REPORT.AZ/ “Dil cəmiyyəti inkişafa apardığı kimi, iflasa da aparır”.
Elm və təhsil
20 Fevral , 2019 11:42
Nizami Cəfərov: Dili mütəmadi olaraq redaktə etmək lazımdır
Deputat Nizami Cəfərov / Report.az

Bakı. 20 fevral. REPORT.AZ/ “Dil cəmiyyəti inkişafa apardığı kimi, iflasa da aparır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, deputat Nizami Cəfərov Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda deyib.

Professorun sözlərinə görə, dilin inkişafı üçün onun saflığını mütləq qoruyub saxlamaq lazımdır: “Ona görə də dili mütəmadi olaraq redaktə etmək lazımdır. Bütün xalqlarda ana dili ilə fəxr etmək kimi fitri hiss var. Bu da dilin birbaşa olaraq etnosla bağlılığının olduğundan xəbər verir. Dövlət dili heç zaman geridə qalmış dil ola bilməz. Çünki bunun tarixi keçmişi var. Amma dilin bir cəhəti də var ki, dil həmişə cəmiyyəti yüksəkliyə aparmır. Bəzən elə olur ki, dil cəmiyyəti geriyə də qaytarır”.

Son xəbərlər

Orphus sistemi