Nazirlik: Yeni dərs ilində ilk dərs Cocuq Mərcanlıya həsr olunacaq

Nazirlik: Yeni dərs ilində ilk dərs Cocuq Mərcanlıya həsr olunacaq Məqsəd Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etməkdir
Elm və təhsil
5 Sentyabr , 2017 12:52
Nazirlik: Yeni dərs ilində ilk dərs Cocuq Mərcanlıya həsr olunacaq
Report

Bakı. 5 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb. 

"Report" xəbər verir ki, məqsəd məktəblilərə Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etməkdir. 

Əmrə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, 2017-2018-ci tədris ilində ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusunda keçirilməsi ilə əlaqədar ümumi təhsil müəssisələrində müvafiq hazırlıq işləri aparılmaqla ilk dərslərin şagirdlərin ifasında Azərbaycanın Dövlət himni ilə başlanmasını, mövzu ilə bağlı şagirdlərə onların yaş xüsusiyyətlərinə uyğun məlumatların çatdırılmasını təmin etsinlər. 

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi