Nazirlik: “Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ödənilməyəcək

Nazirlik: “Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ödənilməyəcək “Yay məktəbi”ində I sinifdən başlayaraq X sinifə qədər hər kəs iştirak edə bilər"
Elm və təhsil
644
1 İyun , 2021 13:13
Nazirlik: “Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ödənilməyəcək
0 : 00
0 : 00

“Yay məktəbi”ndə I sinifdən başlayaraq X sinifə qədər hər kəs iştirak edə bilər. Əgər qrupda az sayda uşaq olarsa paralel siniflərin birləşdirilməsi, optimallaşdırma aparılması nəzərdə tutulur. Bütün sinif müraciət edərsə, o zaman yarımqruplar şəklində təşkil olunacaq".

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, “Yay məktəbi”ndə tədris vahid proqram əsasında aparılmayacaq və şagirdlərin məktəbli formasında olması tələb edilməyəcək.

Nazirlik rəsmisi “Yay məktəbi”ndə dərs deyəcək müəllimlərə əlavə vəsait ödənilib-ödənilməyəcəyi məsələsinə də aydınlıq gətirib: “İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Ona görə də onlara əlavə ödəniş nəzərdə tutulmur. Müəyyən rəğbətləndirmə tədbirləri ola bilər”.

Son xəbərlər

Orphus sistemi