Bakı. 18 aprel. REPORT.AZ/ “Son günlərdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar və ya şərhlər gedir. Bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur”. “Report”un xəbərinə görə, bunu
O bildirib ki, hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilməlidir: “Əgər müraciətin nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar. Əgər belə hallar varsa, bu, tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir. Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin 146-1 “Qaynar xətti”nə və hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.