Nazirlik: Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır

Nazirlik: Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.
Elm və təhsil
18 Yanvar , 2024 00:40
Nazirlik: Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır

Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır.

Bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən bildirilib.

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.

“FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub. Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi