Nazirlik şagirdlərin çubuqla döyülməsi görüntülərinə münasibət bildirib

Elm və təhsil
  • 02 fevral, 2022
  • 08:21
Nazirlik şagirdlərin çubuqla döyülməsi görüntülərinə münasibət bildirib

Təhsil Nazirliyi Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döyməsini əks etdirən görüntülərə münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq deyilib ki, görüntülər köhnədir:

"Video Cəlilabad rayon Akademik Zərifə Əliyeva adına liseydə 4 il əvvəl - 2018-ci ildə lentə alınıb. Həmin ildə isə Səidə Şükürova müəllim kimi fəaliyyət göstərirdi".