Yaqub Piriyev: “Son 5 ildə dövlət sifarişli yerlərə tələbə qəbulu 118 faiz artıb”

Yaqub Piriyev: “Son 5 ildə dövlət sifarişli yerlərə tələbə qəbulu 118 faiz artıb” “Son 5 ildə dövlət sifarişli yerlərə tələbə qəbulu 118 faiz artıb”.
Elm və təhsil
9 İyun , 2023 12:44
Yaqub Piriyev: “Son 5 ildə dövlət sifarişli yerlərə tələbə qəbulu 118 faiz artıb”

“Son 5 ildə dövlət sifarişli yerlərə tələbə qəbulu 118 faiz artıb”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, 2022-2023-cü illərdə tələbə qəbulunda 8,3 faiz, dövlət sifarişi üzrə 8,9 faiz artım olub: "Ən çox artım texniki və texnoloji ixtisaslar üzrə olub və 14,3 faiz təşkil edib. Təhsil ixtisas qrupunda 3 faiz, tibb təhsilində isə 12,4 faiz olub. Eynilə dövlət sifarişli yerlərdə də bu artım müşahidə edilir".

Y.Piriyev bildirib ki, növbəti tədris ilində tibb ixtisası üzrə 91 faizdən çox tələbə dövlət sifarişli yerlərdə təhsil alacaq: "Növbəti tədris ilində tələbə qəbulunun proqnozu İT ixtisası üzrə 16,7 faiz, dövlət sifarişli yerlər isə 42,2 faiz artacaq. Magistraturada İT ixtisası üzrə qəbul proqnozu 7,4 faiz, dövlət sifarişi isə 54,6 faiz artacaq. Eyni zamanda dövlət tibb sahəsini prioritet hesab etdiyi üçün bu sahəyə xüsusi diqqət ayırıb".

Son xəbərlər

Orphus sistemi