Nazirlik: "Bağçalarda uşaqların yerdəyişməsi ilə bağlı məsələ gündəmdə deyil"

Nazirlik: "Bağçalarda uşaqların yerdəyişməsi ilə bağlı məsələ gündəmdə deyil" "Bu gün məktəbəqədər təhsil müəssisələrində uşaqların yerdəyişməsi ilə bağlı məsələ hələ ki gündəmdə deyil".
Elm və təhsil
8 Sentyabr , 2022 11:57
Nazirlik: Bağçalarda uşaqların yerdəyişməsi ilə bağlı məsələ gündəmdə deyil

"Bu gün məktəbəqədər təhsil müəssisələrində uşaqların yerdəyişməsi ilə bağlı məsələ hələ ki gündəmdə deyil".

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas hədəf uşaqların məlumatlarının vahid informasiya bazasının formalaşdırılmasıdır: "Bu iş yekunlaşdıqdan sonra yerdəyişmə prosesinin tətbiqi mümkün ola bilər".

"Eyni zamanda məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin də yerdəyişməsi nəzərdə tutulmur. Hazırda bağçalara tərbiyəçi-müəllimlərin və direktorların mərkəzləşmiş qaydada işə qəbulu aparılması məsələsi gündəmdədir. Lakin gələcəkdə müəllimlırin yerdəyişmə məsələsinə də baxıla bilər", - E.Əliyev bildirib.

Son xəbərlər

Orphus sistemi