Nazirlər Kabineti magistraturada yeni ixtisasların yaradılmasının izahını verib

Nazirlər Kabineti magistraturada yeni ixtisasların yaradılmasının izahını verib Nazirlər Kabineti Azərbaycanın magistratura səviyyəsində müasir ixtisasların yaradılması ilə bağlı qərarın izahını verib.
Elm və təhsil
31 Yanvar , 2020 16:15
Nazirlər Kabineti magistraturada yeni ixtisasların yaradılmasının izahını verib

Nazirlər Kabineti Azərbaycanın magistratura səviyyəsində müasir ixtisasların yaradılması ilə bağlı qərarın izahını verib. 

Hökumətdən "Report"a daxil olan izahda deyilir:

“Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 26 nömrəli qərarı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların, o cümlədən “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökümət”, “Neft-qaz çıxarmada nanotexnologiya”, “Süni intellekt”, “Məsafədən müşahidə” və “Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisaslarının daxil edilməsini nəzərdə tutur.

Bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyytda yaranan kadr tələbatının təmin edilməsi, yeni yaranan sahələr və iqtisadiyyan müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi