Nazirlər Kabineti: "Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq"

Nazirlər Kabineti: "Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq" Qərara əsasən, bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.
Elm və təhsil
22 Sentyabr , 2021 10:30
Nazirlər Kabineti: Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq

Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir.

“Report”un məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Qərara əsasən, bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.

Son xəbərlər

Orphus sistemi