Nazir müavini qarlı havanın şagirdlərin dərsə davamiyyətinə təsirindən danışıb

Nazir müavini qarlı havanın şagirdlərin dərsə davamiyyətinə təsirindən danışıb Təhsil Nazirliyi ölkədə müşahidə olunan qarlı havanın şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.
Elm və təhsil
11 Fevral , 2020 17:17
Nazir müavini qarlı havanın şagirdlərin dərsə davamiyyətinə təsirindən danışıb

Təhsil Nazirliyi ölkədə müşahidə olunan qarlı havanın şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.

"Report" xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva davamiyyətin pozulmasının müəyyən səbəblərlə əlaqədar olduğunu söyləyib. 

"Deyə bilmərəm ki, qarlı hava şagirdlərin davamiyyətinə heç təsir göstərmir. Amma bu, ciddi təsir deyil. Ölkədə dərslərin dayandırılması üçün zərurət yoxdur. Təbii ki, 2-3 şagird dərsə gəlməyə bilər, bu, müəyyən səbəblərə görə hər zaman baş verir.  Amma ciddi bir problem müşahidə edilmir", - M.Vəliyeva vurğulayıb.

O eyni zamanda məktəblərdə istilik məsələsinə də toxunub: "Bununla bağlı Təhsil Nazirliyinə müraciət daxil olmayıb. Belə hal baş versə belə, Təhsil Nazirliyinin bu məqsədlə xüsusi yaradılmış qrupları var ki, onlar lazımi tədbirləri vaxtında həyata keçirə bilər".

Son xəbərlər

Orphus sistemi