Nazir müavini peşə təhsili sahəsində olan əsas problemləri açıqlayıb

Nazir müavini peşə təhsili sahəsində olan əsas problemləri açıqlayıb Bakı. 23 yanvar. REPORT.AZ/ Gənclərin məşğulluğu sahəsində problemlərin yaranması təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olması ilə bağlıdır.
Elm və təhsil
23 Yanvar , 2019 11:48
Nazir müavini peşə təhsili sahəsində olan əsas problemləri açıqlayıb
Təhsil nazirinin müavini İdris İsayev / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 23 yanvar. REPORT.AZ/ "Gənclərin məşğulluğu sahəsində problemlərin yaranması təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olması ilə bağlıdır".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini qeyd edib ki, bəzən Azərbaycanın əmək bazarına lazım olmayan sayda kadrların hazırlanması, kadrların hazırlıq səviyyəsinin işəgötürənlərin tələblərinə cavab verməməsi problem yaradan əsas amillərdən biridir.

O bildirib ki, bu gün peşə təhsili sistemində ciddi islahatlar həyata keçirilir: "Təhsilin məzmunun işə götürönlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlbi üçün tədbirlər həyata keçirilir.

Ötən il 20 yeni ixtisas peşə təsnifatına daxil edilib. Aparılan tədbirlər sayəsində artıq görürük ki, bizim məzunlar əmək bazarında iş yerlərini tutmağa başlayıblar. Məsələn, turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyalarə üzrə 73 faizi, xidmət sahəsi üzrə 69 faizi işlə təmin olunub".

Son xəbərlər

Orphus sistemi