Nazir müavini: “Peşə məktəblərinin məzunları asanlıqla iş tapırlar”

Nazir müavini: “Peşə məktəblərinin məzunları asanlıqla iş tapırlar” “Peşə təhsili Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyət kəsb edir”.
Elm və təhsil
17 May , 2023 13:14
Nazir müavini: “Peşə məktəblərinin məzunları asanlıqla iş tapırlar”

“Peşə təhsili Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyət kəsb edir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, peşə məktəblərinin məzunları gələcəkdə çox tez və asanlıqla iş tapırlar.

Təxminən 20 min insan belə təhsil müəssisələrində müxtəlif istiqamətlər üzrə təhsil alır.

Nazir müavini qeyd edib ki, bu gün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyətə başlayan telestudiyada tələbələr unikal bacarıqlara yiyələnəcək, gələcəkdə ixtisas üzrə asanlıqla iş tapa biləcəklər.

İ.İsayev əlavə edib ki, “Azərbaycan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda peşə təhsili mərkəzlərinin inkişafına xüsusi diqqət ayrılıb.

"Belə mərkəzlərin sayı artmaqda davam edir, biz hələ də bütün norma və standartlara cavab verən yeni mərkəzlərin tikintisini həyata keçiririk", - nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi