UNICEF və BQXK rəsmiləri Gəncə və Tərtərdə ermənilərin dağıtdığı məktəblərdə olub

UNICEF və BQXK rəsmiləri Gəncə və Tərtərdə ermənilərin dağıtdığı məktəblərdə olub Bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb
Elm və təhsil
357
12 Fevral , 2021 17:55
UNICEF və BQXK rəsmiləri Gəncə və Tərtərdə ermənilərin dağıtdığı məktəblərdə olub

Təhsil naziri Emin Əmrullayev Gəncə və Tərtər şəhərlərində UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində ağır zərər görmüş təhsil müəssisələrini ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir bildirib ki, xarici tərəfdaşlar dağıdılmış binaların, Gəncədəki 29 nömrəli məktəbin, Tərtər rayonunun Düyərli kənd məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi oldular: "Bu ərazilərdə təhsil alan şagirdlərimizlə də görüşdük. Tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər. Tezliklə bu təhsil ocaqları əvvəlkindən daha da gözəl olacaq. Qalib Vətənin övladlarının baxışlarında məğrurluq hiss olunurdu. Milli kimliyini dərk edən, vətənpərvər, savadlı insanları yetişdirmək təhsil sistemimizin təməlində dayanan əsas hədəflərdən biridir".

Son xəbərlər

Orphus sistemi