Nazir: Bilik və bacarıqların geniş qiymətləndirilməsi mədəniyyəti formalaşdırılmalıdır

Nazir: Bilik və bacarıqların geniş qiymətləndirilməsi mədəniyyəti formalaşdırılmalıdır Azərbaycanda bilik və bacarıqların geniş qiymətləndirilməsi mədəniyyətinin formalaşdırılması faydalı olardı.
Elm və təhsil
13 May , 2024 10:14
Nazir: Bilik və bacarıqların geniş qiymətləndirilməsi mədəniyyəti formalaşdırılmalıdır

Azərbaycanda bilik və bacarıqların geniş qiymətləndirilməsi mədəniyyətinin formalaşdırılması faydalı olardı.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün təhsilin keyfiyyəti, reallıq və göstəricilər vacib məsələdir:

"Azərbaycanın dövlət strategiyasında sosial siyasət və təhsil öz əksini tapıb. Bu istiqamətdə qarşıya qoyulan hədəflərdə müxtəlif resurslardan yararlana bilirik. Şagirdin biliyinin qiymətləndirilməsi məsələsində ünsiyyət məsələsi çox vacibdir, çünki ortaq kommunikasiya əsasdır".

Onun sözlərinə görə, ailə ilə ünsiyyət müəyyən nöqteyi-nəzərdən şagirdin riyaziyyat fənni ilə bağlı nəticələrinə təsir edir:

"Bəlkə də bu, kiçik məsələ kimi görünsə də, kommunikasiya ilə cəmiyyəti, müəllimi və valideyni bundan səmərəli istifadə edilsə, təhsildə yaxşı nailiyyətlərə yiyələnəcəyinə inandıra bilərsən. Təhsilin yaxşılaşdırılması üçün yüz müxtəlif meyara yatırımlar edilməlidir. PISA təhsilə keyfiyyət mədəniyyəti gətirib çıxara bilər. Bu, vacib məsələdir. Azərbaycanda bilik və bacarıqların geniş qiymətləndirilməsi mədəniyyətinin formalaşdırılması faydalı olardı. Hər bir ölkənin öz təhsil prinsipi var. Beynəlxalq və yerli qiymətləndirmələr bir-birinə uyğun aparılır. Bəzən müəllimlər yeni sistemə birdən-birə keçə bilmir. Özümüzü qiymətləndirə bilməyimiz üçün bir sıra bacarıqlara yiyələnməliyik. Ümumilikdə isə təhsil irsimizdən tam vaz keçə bilmərik".

Son xəbərlər

Orphus sistemi