Nazir BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib 

Nazir BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib  Bakı Dövlət Universitetində (BDU) SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil.
Elm və təhsil
1 İyun , 2024 11:34
Nazir BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib 

Bakı Dövlət Universitetində (BDU) SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil.

Bu fikirləri "Report"un Şuşaya ezam olunan əməkdaşının sualına cavabında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, SABAH qrupları ənənəvi olaraq həmişə bir ali təhsil müəssisəsində tədris olunub: "Bir ixtisas heç vaxt iki universitetdə tədris olunmayıb. SABAH qrupunun əsas fəlsəfəsi də ondan ibarətdir ki, tələbələri bir ali təhsil müəssisəsində toplayaq. Hesab edirəm ki, bu xəbər dünən lazım olduğundan artıq ajiotaj yaratdı".

"SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyni adlı ixtisasın bağlanması demək deyil. Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. Qarabağ Universitetində SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik", - E.Əmrullayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi